Martın 28-də Xocalı rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Xocalı rayon təşkilatının və Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar Gəncə şəhəri, Hacıkənd qəsəbəsində ağacəkmə aksiyası keçirildi. Ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, təbiətə qayğı hissini təbliğ etmək məqsədilə keçirilən aksiyada Xocalı rayon ictimaiyyəti, partiya fəalları və Göygöl Regional Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları iştirak etdilər. Aksiyada 1650 ədəd göyrüş tingləri əkildi.